Nərimanov rayonu ərazisində soyğunçuluq baş verib.
Lent.az xəbər verir ki, iyulun 8-də axşam saatlarında bir qadının mobil telefonlarını talayan şəxs hadisə yerindən qaçmağa cəhd göstərib.
Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs yaxalanıb.
Saxlanılan şəxsin paytaxt sakini İ.Hümbətzadə olması və zərərçəkmişin 4000 manat dəyərində 2 ədəd mobil telefonunu soyğunçuluq yolu ilə talaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.