Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsinin ərazisində yerləşən "Pepsi Cola" şirkətinin anbarında qeydə alınıb.
Oranın anbardarı, Lerik rayon sakini, 29 yaşlı Asif Hüseyn oğlu Feyzilinin asılmış meyitini iş yoldaşları tapıb.
İntiharın səbəbləri hələlik məlum deyil.