Bakıda  "parik" taxıb   oğurluğa gedən tutuldu
01 aprel 2024 18:28 (UTC +04:00)

Bakıda "parik" taxıb oğurluğa gedən tutuldu

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq  pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöhəsi əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.

Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar.

Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

# 3963
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Astarada 8 aylıq körpə yıxılaraq öldü

Astarada 8 aylıq körpə yıxılaraq öldü

22 may 2024 , 02:24
Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36