Bakıda "OBA" marketdə yanğın zamanı yaralananların kimliyi bilindi - YENİLƏNİB
28 fevral 2025 09:27 (UTC +04:00)

Bakıda "OBA" marketdə yanğın zamanı yaralananların kimliyi bilindi - YENİLƏNİB

Bakının Binə qəsəbəsində "Oba" marketdə baş verən yanğın zamanı yaralananların kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar marketdə işləyən Baxşıyeva Nargül Məhəmməd qızı, Əhmədova Kəmalə Paşa qızı və Əsgərova Şəlalə Şakir qızıdır.

Zərərçəkənlər yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə daxil olublar.

Hazırda araşdırma aparılır.

***
27 fevral 2025-ci il Saat: 10:33

"OBA" marketlər şəbəkəsi partlayışla bağlı məlumat yayıb. 

Lent.az xəbər verir ki, şirkət hadisə zamanı 3 nəfərin yaralandığını açıqlayıb:

"Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib.

Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.

Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq.

Xəsarət alanlara Allahdan şəfa diləyirik".

***

saat 08:45

Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. 

Lent.az xəbər verir ki, ilkin ehtimala görə, partlayış qaz sızmadan meydana gəlib. 

Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. 

Hazırda hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6270

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52