Bakıda narkotik satan avtobus sürücüsü tutuldu - VİDEO
02 dekabr 2023 16:52 (UTC +04:00)

Bakıda narkotik satan avtobus sürücüsü tutuldu - VİDEO

Bakının Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 34 yaşlı İntiqam İbrahimov tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən ümumilikdə 25 büküm xüsusi formada qablaşdırılan metamfetamin və marixuana aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, İ.İbrahimov narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olub. O, həmçinin paytaxt ərazisində fəaliyyət göstərən sərnişindaşıma xəttlərinin birində sürücü işləyir və həmin şəxs avtobus idarə edən zaman narkotiklərin təsiri altında olub.

Faktlarla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 1827
avatar

Oxşar yazılar