Oğlunun həbsdən çıxması üçün anasından 18 min aldılar - YENİLƏNİB
16 may 2024 15:21 (UTC +04:00)

Oğlunun həbsdən çıxması üçün anasından 18 min aldılar - YENİLƏNİB

Bakıda dələduzluqda təqsirləndirilən Anar Tahirov barəsində olan ittihamları rədd edib.

Həmin məlumatda təqsirləndirilən tərəf Anar Tahirov Lent.az-a açıqlamasında bəzi təfərrüatları işıqlandırıb. Onun sözlərinə görə, ümumiyyətlə ortada dövlət orqanına işə düzəldilməsi haqda məsələ yoxdur:

“Bakı şəhər sakini olan qadın oğlunun həbsdən azad olunması üçün Gəncə şəhərində tibb sahəsində çalışan Novruzova Xəyalə Tahir qızına 18 min manat pul verib. Pulu da mənim əlimlə təqdim etmişik. Ancaq Xəyalə verdiyi sözə xilaf çıxaraq, bizi aldatdı. Pulu zərərçəkəndən mən almamışam. Xəyalə bu qadına oğlunu həbsdən çıxaracağını söz verərkən özünü baş prokurorun ata tərəfdən qohumu kimi təqdim etmişdi. Biz də təəssüf ki, buna aldandıq. Özü də pulu iki nəfər alıblar. Ödənişin bir hissəsini nağd vermişik, qalanını kartına atmışıq. Pul batdı, oğlan da hazırda həbsdədir.

Zərərçəkən qadın 1956-cı il təvəllüddür. Bu yaşda şəxsin dövlət orqanlarına işə düzəlməsi nə dərəcədə doğru ola bilər ki?! Bu Xəyalənin digər dələduzluq əməlləri də var. Demək, birinə diplom alır, birini tibb bacısı, digərini mühafizə işinə düzəltdirir. Ümumilikdə insanlardan 35 min manat ətrafında pul alıb. Hazırda onun barəsində Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda) maddəsilə cinayət işi açılıb. Özüm də Xəyalədən prokurorluğa və polisə şikayət etmişəm”.

***
18.04.2024, Saat: 12:50

Bakıda qadına qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığında Anarın söz verdiyi kimi dövlət orqanlarından birinə şöbə müdiri kimi işə düzəlmədiyini bildirib.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qadının etibarından sui-istifadə edərək pulunu ələ keçirən Bakı şəhər sakini 45 yaşlı Anar Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7020
avatar

Oxşar yazılar