Bakıda maşın işıqforu aşırdı - FOTO
05 oktyabr 2023 04:24 (UTC +04:00)

Bakıda maşın işıqforu aşırdı - FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Neapol küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edərək idarəetməni itirən "Hyundai" markalı minik avtomobilinin sürücüsü maşını işıqfora çırpıb.

Piyada səkisinin üzərinə çıxan avtomobil işıqforu yerindən qoparıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü hadisədən sonra qəza yerini tərk edib.

Yol infrastrukturuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541

Oxşar yazılar