Bakıda maşın, Beyləqanda ev yandı
06 aprel 2022 09:48 (UTC +04:00)

Bakıda maşın, Beyləqanda ev yandı

Bakıda və Beyləqanda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından müafizə olunub.

Beyləqan rayonunun İmamverdili kəndində isə ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar