Bakıda maşın betona, sonra işıq dirəyinə dəydi
30 yanvar 2023 06:22 (UTC +04:00)

Bakıda maşın betona, sonra işıq dirəyinə dəydi

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Şamaxinka kimi tanınan ərazidə “Toyota” markalı avtomobilin sürücüsü Ramin Məmmədov qəfil sükana nəzarəti itirib.

Nəticədə “Toyota” körpünün beton yolayrıcına, daha sonra işıq dirəyinə dəyərək aşıb.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polislər cəlb edilib.

Sürücü R.Məmmədov izahat verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

# 1626
avatar

Oxşar yazılar