Bakıda mağaza, Yevlaxda ev əşyaları ilə birgə yandı
19 may 2021 14:35 (UTC +04:00)

Bakıda mağaza, Yevlaxda ev əşyaları ilə birgə yandı

Bakıda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan mebel mağazasının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.

Yevlax şəhərinin Hacıselli kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1704
avatar

Mehman Nəbiyev

Oxşar yazılar