Bakıda kişini maşın vurub öldürdü
07 iyun 2023 12:15 (UTC +04:00)

Bakıda kişini maşın vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə iyunun 6-da saat 23 radələrində Nizami rayonunun Q.Qarayev prospektində baş verib.

Bakı şəhər sakini A.Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Q.Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami rayon Polis İdarəsində araşdırma aparılır. 

# 1623
avatar

Oxşar yazılar