Bakıda heroin satan iki qardaş saxlanıldı
08 sentyabr 2021 14:53 (UTC +04:00)

Bakıda heroin satan iki qardaş saxlanıldı

Bakıda narkotik alverçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Gözəlov və qardaşı saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Gözəlovdan 1 kiloqram 570 qram heroin, qardaşından isə 6 qramdan artıq heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Mehman Nəbiyev

Oxşar yazılar