Oğurluq olan gözəllik salonu
21 iyun 2021 15:06 (UTC +04:00)

Oğurluq olan gözəllik salonu

Bakıda gözəllik salonu qarət olundu - VİDEO

Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Mühafizə Şöbəsinin əməkdaşları obyektə baxış keçirən zaman marketə hər hansı bir ziyanın dəymədiyini müəyyən ediblər. Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb. Mühafizə polislərinin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov saxlanılaraq Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.

Bakıda gözəllik salonundan oğurluq edən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Hacıqabulda zəlzələ  baş verdi

Hacıqabulda zəlzələ baş verdi

7 iyul 2024 , 01:37
Abşeronda iki yaşlı uşaq 2-ci mərtəbədən YIXILARAQ ÖLDÜ

Abşeronda iki yaşlı uşaq 2-ci mərtəbədən YIXILARAQ ÖLDÜ

6 iyul 2024 , 23:42
Ermənistanda iş adamı özünü öldürdü

Ermənistanda iş adamı özünü öldürdü

6 iyul 2024 , 23:35
Saatlıda DƏHŞƏT : Oğul 72 yaşlı atasını qətlə yetirdi

Saatlıda DƏHŞƏT: Oğul 72 yaşlı atasını qətlə yetirdi

6 iyul 2024 , 19:29
Naxçıvanda qətl törətdiyinə görə, AXTARILIRDI - Türkiyədə yaxalandı

Naxçıvanda qətl törətdiyinə görə, AXTARILIRDI - Türkiyədə yaxalandı

6 iyul 2024 , 19:22
Bakı həbsxanasında daha bir ÖLÜM

Bakı həbsxanasında daha bir ÖLÜM

6 iyul 2024 , 18:33
Qubada FACİƏ:  Göldə batdı

Qubada FACİƏ: Göldə batdı

6 iyul 2024 , 15:12
Aeroport yolunda QƏZA   – Tıxac yarandı

Aeroport yolunda QƏZA – Tıxac yarandı

6 iyul 2024 , 14:05