Bakıda naməlum kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Təxminən 40 yaşında olan kişi meyiti bu gün səhər saatlarında Bülbülə gölünün yaxınlığında aşkar edilib.
Mərhumun ölüm səbəbi hələlik məlum deyil.
Hazırda faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.