Bakının Səbail rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Qasımov Cəlal Sübhan oğlu dava zamanı sol bud və sağrı nahiyyəsindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.