Bakıda gənc oğlan bıçaqlandı
08 sentyabr 2022 08:40 (UTC +04:00)

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmmədov Elnur Elxan oğlu bir neçə nəfər arasında düşən dava zamanı bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

# 1743
avatar

Oxşar yazılar