Bakıda FACİƏ:  marketdə iki nəfəri cərəyan vurub öldürdü
28 may 2025 15:57 (UTC +04:00)

Bakıda FACİƏ: marketdə iki nəfəri cərəyan vurub öldürdü

Bakıda 2 nəfəri elektrik cərəyanı vuraraq, öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən marketlərdən birinin reklam lövhəsini dəyişərkən Gəncə şəhər sakini 24 yaşlı Elvin Nazim oğlu Zeynalovu və Sumqayıt şəhər sakini 44 yaşlı Ayxan Sevindik oğlu Əsgərovu elektrik cərəyanı vuraraq, öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104

Oxşar yazılar