Bakıda evdən yarım kilodan çox "patı" tapıldı
20 avqust 2021 17:06 (UTC +04:00)

Bakıda evdən yarım kilodan çox "patı" tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən K.Mustafayev ələ keçirilib. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin (patı) aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 550 qram metamfetamin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar