Bakıda ev qarət edildi: 9500 manatlıq...
19 aprel 2022 17:37 (UTC +04:00)

Bakıda ev qarət edildi: 9500 manatlıq...

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Binəqədi rayonu Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Mehman Nəbiyev

Oxşar yazılar