Bakıda ərəb barın tualetində  öldü - YENİLƏNİB
07 fevral 2023 09:09 (UTC +04:00)

Bakıda ərəb barın tualetində öldü - YENİLƏNİB

Bakıda əcnəbi vətəndaş müəmmalı şəkildə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən “Baku Music Hall” restoranında baş verib.

54 yaşlı Küveyt  Respublikası vətəndaşı Ali Alshemali Nəcəf oğlu bu gün saat 6 radələrində qardaşı və iki xanımı ilə birlikdə yemək yeyən zaman səhhəti pisləşərək restoranın tualetinə gedib. Orada qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.

***
Saat: 06:15

Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, "Baku Musical Center" gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.

# 5862
avatar

Mehman Nəbiyev

Oxşar yazılar