Bakıda ƏMƏLİYYAT:  iranlının toruna düşən yeniyetmə tutuldu - VİDEO
03 mart 2025 14:30 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: iranlının toruna düşən yeniyetmə tutuldu - VİDEO

Bakı polisi narkokuryerlərə qarşı əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar