Bakıda dəhşətli qəza -  Ölənlər və ağır yaralılar var   -YENİLƏNİB  -FOTO
09 oktyabr 2022 16:08 (UTC +04:00)

Bakıda dəhşətli qəza - Ölənlər və ağır yaralılar var -YENİLƏNİB -FOTO

Ötən gecə Sabunçu rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həlak olub.
APA xəbər verir ki, qəza nəticəsində "Kia" markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Zülfüqar Zülfüqarlı hadisə yerində, 22 yaşlı sərnişini isə bir neçə saat sonra vəfat edib.
Xəsarət alan digər iki sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəyə səbəb "Range Rover" markalı minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

***

08 oktyabr saat 22.32 

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu dəqiqələrdə Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" otelinin yaxınlığında qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərdən birində iki nəfər  sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı aparılır.
 

# 11787
avatar

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21