Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu Balaxanı qəsəbəsində qeydə alınıb.
14 yaşlı Zəhra Namazova yaşadığı evdə özünü asıb. Məlumata görə, mərhum orta məktəbdə təhsil alırmış. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.