Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi
21 mart 2025 02:06 (UTC +04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondoqqumərtəbəli yaşayış binasının onbeşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.

Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib.


***


***
02:54

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. 

Yanğının dəqiq səbəbləri barədə məlumat yoxdur.

Hadisə şahidləri və qonşuların bildirdiyinə görə, hadisə zamanı mənzildə heç kim olmadığından, baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar