Bakıda borcu olan kişinin başına OYUN AÇDILAR
17 mart 2022 12:14 (UTC +04:00)

Bakıda borcu olan kişinin başına OYUN AÇDILAR

Bakıda kişidən hədə-qorxu ilə pul tələb olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 9-da 3 nəfər Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdıraraq pulunu götürüblər.

Bu barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Mehman Nəbiyev

Oxşar yazılar