Bakıda bank kartlarından  külli miqdarda OĞURLUQ
12 iyul 2024 11:42 (UTC +04:00)

Bakıda bank kartlarından külli miqdarda OĞURLUQ

Bakıda bank kartlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Fidan İlqar

Oxşar yazılar