Götürülən avtomat
28 fevral 2022 13:38 (UTC +04:00)

Götürülən avtomat

Bakıda avtomat satmaq istəyəndə saxlanıldı - VİDEO

Bakıda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir nəticəsində o, saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar edilərək götürülüb. Anar Qocayev avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bakıda avtomat satmaq istəyən saxlanılıb

# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar