Bakıda avtobus ciplə toqquşdu - YENİLƏNİB
29 aprel 2025 11:08 (UTC +04:00)

Bakıda avtobus ciplə toqquşdu - YENİLƏNİB

Bu gün saat 08:55-də “BakuBus” MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yüngül yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Lent.az-a "BakuBus"un mətbuat xidmətindən məlumat verilib

Qeyd olunub ki, avtobusu idarə edən sürücüsü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə operativ şəkildə 10 nömrəli digər avtobusa yönləndirilib və marşrut xəttinin qrafiki qısa müddətdə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır.

***
09:33

Bakıda sərnişin avtobusu qəza törədib.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.

10 nömrəli marşrut avtobusu "Land Cruiser" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəasrət alanların olması barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar