Bakıda avtobus 36 yaşlı kişini vurub öldürdü
26 oktyabr 2021 11:32 (UTC +04:00)

Bakıda avtobus 36 yaşlı kişini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 25-i axşam saat 19:30-da paytaxtın Xəzər rayonu Binə qəsəbəsi, Atçılıq adlanan ərazidə qeydə alınıb.

Həmin ərazidə hərəkətdə edən “General-Avto-Company” firmasının müvəqqəti istismarında olan 169 nömrəli marşrut avtobusu yolu keçmək istəyən piyada 36 yaşlı Ələkbərov Zaur Cavanşir oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Mehman Nəbiyev

Oxşar yazılar