Bakı şəhərində ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Ağayeva İlahə yaşadığı evin hamam otağında dəm qazanından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.