Qəza törədən yük maşını
13 oktyabr 2021 15:43 (UTC +04:00)

Qəza törədən yük maşını

Bakıda 5 nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücüdən - YENİ XƏBƏR

Bu gün səhər saat 6:40-da aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə  paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü 19 yaşlı M.Əzizov həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəmkirdə bir nəfər Kürdə batdı

Şəmkirdə bir nəfər Kürdə batdı

1 sentyabr 2024 , 14:35
Mikroavtobus qəza törətdi, 8 nəfər öldü

Mikroavtobus qəza törətdi, 8 nəfər öldü

1 sentyabr 2024 , 14:24
Bakıda 15 yaşlı oğlan itkin düşdü

Bakıda 15 yaşlı oğlan itkin düşdü

1 sentyabr 2024 , 11:34
Fariz Namazlı DTX-da  dindirilib

Fariz Namazlı DTX-da dindirilib

1 sentyabr 2024 , 11:04
Ana və 3 uşağı  evdə diri-diri yandılar

Ana və 3 uşağı evdə diri-diri yandılar

1 sentyabr 2024 , 10:53
Kəlbəcərdə avtomobil aşdı, ölən var

Kəlbəcərdə avtomobil aşdı, ölən var

1 sentyabr 2024 , 10:20
Bakıda avtomobil səkiyə çırpılıb , xəsarət alan var-FOTO

Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var-FOTO

1 sentyabr 2024 , 04:49
Bakı sakini özünü BIÇAQLADI

Bakı sakini özünü BIÇAQLADI

1 sentyabr 2024 , 01:06