Bakıda 14 yaşlı oğlan qır qazanında YANDI
12 may 2022 12:44 (UTC +04:00)

Bakıda 14 yaşlı oğlan qır qazanında YANDI

Bakıda yeniyetmə oğlan yanıb.

Lent.az xəbər verir ki, hadisə aprelin 23-də baş verib. Məlumata görə, həyətdə tikintidə istifadə etmək üçün bitium-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan azyaşlılar qazana yaxınlaşıb və 14 yaşlı Sənan Allahverdiyev onları qorumaq üçün özünü qabağa  atıb.

Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır dağılaraq, onun üzərinə tökülüb. Nəticədə 14 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri yanıb.

O, hazırda Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı xəstəxana) yanıq şöbəsində müalicə alır. Onun xəsarəti həkimlər tərəfindən 4-cü dərəcəli yanıq kimi qiymətləndirilib.

Qeyd edək ki, yeniyetmənin müalicəsi üçün pula ehtiyac var. Kömək etmək istəyənlər tibb mərkəzinin yanıq şöbəsinə müraciət edə bilərlər.

# 4980
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09