Bakı sakini rayonda külli miqdarda narkotiklə tutuldu
26 may 2023 11:52 (UTC +04:00)

Bakı sakini rayonda külli miqdarda narkotiklə tutuldu

Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə saxlanılan Bakı şəhər sakini S.Səfərovdan 1 kiloqram 365 qram heroin, 152 qrama yaxın metamfetamin, 535 qram tiryək və 67 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.

# 1179
avatar

Oxşar yazılar