Bakı sakini evində bıçaqlandı
26 noyabr 2023 05:34 (UTC +04:00)

Bakı sakini evində bıçaqlandı

Bakının Suraxanı rayonunda evdə bir nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadla verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əliyev Rasim Mədət oğlu yaşadığı D massivindəki mənzilinə tanımadığı adam gəlib. Onlar arasında hələlik bilinməyən səbəbdən dava düşüb. Dava zamanı R.Əliyev bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4199

Oxşar yazılar