Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü
15 oktyabr 2024 17:46 (UTC +04:00)

Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasındaikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

"Bakı Metropoliteni"ndən Lent.az-a verilən xəbərə görə, normativ tələblərə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb. Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib.

Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Oxşar yazılar