Bakı bulvarında İNTİHAR:  itkin düşmüşdü, özünü dənizə atdığı  məlum oldu
27 fevral 2025 10:40 (UTC +04:00)

Bakı bulvarında İNTİHAR: itkin düşmüşdü, özünü dənizə atdığı məlum oldu

Bakıda itkin düşən şəxsin intihar etdiyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı bulvarında qeydə alınıb.

Kamera görüntüləri ilə bir həftə əvvəl itkin düşmüş kimi qeydiyyata alınan, Bakı şəhər sakini Oleq Baranovun fevralın 21-də Səbail rayonu Neftçilər prospektində yerləşən Milli Parkın ərazisində özünü dənizə atması müəyyən edilib.

O.Baranovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırmalar Səbail rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar