"Azərsu"nun  əməkdaşı döyüldü
14 fevral 2022 15:59 (UTC +04:00)

"Azərsu"nun əməkdaşı döyüldü

İmişlidə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Regional Sukanal İdarəsinin əməkdaşı zorakılığa məruz qalıb.

"Azərsu"dan Lent.az-a verilən xəbərə görə, İmişli şəhəri, Sevil Qazıyeva küçəsi ev 6 ünvanında abonent Taleh Zeynalovun içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “İmişli Sukanal” sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin abonent “İmişli Sukanal” sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu ilə aqressiv davranaraq onu ağır şəkildə təhqir edib, fiziki təzyiq göstərib.

Baş vermiş hadisəni “İmişli Sukanal” sahəsinin əməkdaşları aktlaşdırıb, M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli rayon Polis Şöbəsinə müraciət olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Oxşar yazılar