"Azəriqaz"da işə düzəltmək üçün pullarını aldı
17 mart 2022 17:48 (UTC +04:00)

"Azəriqaz"da işə düzəltmək üçün pullarını aldı

Qazaxda işə düzəltmək istəyənlərə qarşı dələduzluq edilib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktlarla bağlı müvafiq araşdırmalar aparılıb. Nəticədə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Mehman Nəbiyev

Oxşar yazılar