Sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”) Azərbaycana göndərilməyəcək.
Lent.az-ın əldə etdiyi məlumata görə, “Rufo Gəncinski”nin ya Türkiyəyə, ya da BƏƏ-yə göndəriləcəyi bildirilir.
Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzinə yerləşdirilib.
Onun Rusiyaya girişinə ömürlük yasaq qoyulduğu da deyilir.
“Rufo Gəncinski” qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı.