Albert Rıjıy, azərbaycanlı "qanuni oğru"
13 aprel 2021 10:28 (UTC +04:00)

Albert Rıjıy, azərbaycanlı "qanuni oğru"

Azərbaycanlı "qanuni oğru"nu bu şəxs öldürüb - FOTO - VİDEO


Alik Rıjıy ləqəbli Azərbaycanlı “qanuni oğru” Əli Heydərovun Moskvadakı fitness-klubda güllələnməsinin yeni təfərrüatları ortaya çıxıb.

Azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjıy) qatilinin kimliyi bəlli olub.

Lent.az Rusiyanın “RNT” kanalına istinadən xəbər verir ki, qətli törədən Tahir Orucovdur. 

Tahir Orucov

***

12 aprel, saat 21:30

Müstəntiqlər Moskvanın “Alıe parusı” elit yaşayış kompleksində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjı) qisasçılıq zəminində öldürülməsi ilə bağlı iki versiya irəli sürüblər. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin versiya kriminal avtoritetin ölümü oğru dünyasının nümayəndələri tərəfindən qisasçılıq zəminində törədilib.

Qeyd edilib ki, “Albert Rıjı” kriminal aləmin məşhur ismlərindən olan Nadir Səlifovun (lotu Quli) qətlinin gizli sifarişçisi olduğundan öldürülüb. 

Digər versiyaya görə, qətl mərhumun hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq etdiyi üçün həyata keçirilib.

Xatırladaq ki, "qanuni oğru" Əli Heydərov bu gün saat 13 radələrində Moskvada “Alıe parusı” elit yaşayış kompleksinin fitnes zalında qətlə yetirilib. Muzdlu qatil zala girərək silahla ona arxadan atəş açıb.  

***

18:40

“Albert Rıjıy” ləqəbli “qanuni oğru” Əli Heydərov qətlə yetirilib.

Lent.az-ın məlumatına görə, "qanuni oğru" Moskvanın elit yaşayış komlekslərindən olan “Alıe parusı”da yerləşən fitnes zalında qətlə yetrilib.

Hadisə bu gün saat 13 radələrində baş verib. Muzdlu qatil zala girərək onu kürəyindən vurub.  

Killerin əlində qırmızı çanta olub. O, sakit şəkildə çantanı da götürərək hadisə yerini tərk edib. Qatil atəş açdığı "pistolet-pulemyot"u da həmin çantada gətiribmiş.

Azərbaycanlı "qanuni oğru" nu pulemyotla öldürdülər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31368
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar