Azərbaycanlı oliqarxın oğlu anasına 100 milyon dollar uduzdu
21 aprel 2021 17:27 (UTC +04:00)

Azərbaycanlı oliqarxın oğlu anasına 100 milyon dollar uduzdu

Azərbaycan əsilli rusiyalı oliqarx, keçmiş senator Fərhad Əhmədovun oğlu Teymur, məhkəmə qərarı ilə anasına 100 milyon dollar verməli olacaq.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, eyni zamanda, məhkəmə onu "atasına kömək etmək üçün hər şeyi edəcək yanlış bir şəxs" adlandırıb.

Hakim Qvinnet Noulz oğul Əhmədovun  atasına kömək etdiyini və anasının məhkəmə tərəfindən təsdiqlənən 450 milyon funt sterlinq (627 milyon dollar) boşanmaya görə pul ödəməsini almasına mane olmaq üçün "əlindən gələni edib". Noulz hazırda onun ansına 100 milyon dollardan çox ödəməli olduğunu söyləyib.

2016-cı ildə London Yüksək Məhkəməsi Fərhad Əhmədova 453 milyon funt sterlinq keçmiş həyat yoldaşı Tatyanaya (varidatının 41,5 faizin) ödəməsi haqda qərar çıxarıb. Onun əmlakına malikanələr, yaxta, helikopter, xüsusi təyyarə və sənət əsərləri daxildir. Bu, Londondakı boşanma prosesi tarixindəki ən böyük təzminat olub.

Dinləmələr 2020-ci ilin sonunda yenidən başlayıb. Eyni zamanda, İngiltərə vətəndaşlığı olan Teymurun anasının məhkəməsindən sonra Rusiyaya qaçdığı məlum olub. Qadın boşanma prosesi zamanı oğlunun əmlak bölgüsündə ona görə pulu gizlətməsinə kömək etdiyini iddia edib.

Ötən ilin sonunda Teymur Əhmədov tələbə ikən atası tərəfindən ona bağışladığı 50 milyon dolları fond bazarında riskli əməliyyatlar zamanı necə itirdiyini danışıb. Onun sözlərinə görə, anası London İqtisadiyyat Məktəbində oxuyarkən 50 milyon dollar itirdiyini bilirdi. Qadın, hətta uğursuz anlaşmalardan sonra onu təsəlli etdiyini də əlavə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8952
avatar

Oxşar yazılar