Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyəyə YOLA SALINDI
18 avqust 2024 02:24 (UTC +04:00)

Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyəyə YOLA SALINDI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.

Lent.az xəbər verir ki, amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.

Eyni zamanda FHN-in iyinin müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar