“Azərbaycanfilm” kinostudiyasının binasında YANĞIN
20 may 2022 14:07 (UTC +04:00)

“Azərbaycanfilm” kinostudiyasının binasında YANĞIN

Bakıda kinostudiyada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

# 2328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar