Azərbaycanda yük maşını məktəblini vurub öldürdü
14 yanvar 2023 15:09 (UTC +04:00)

Azərbaycanda yük maşını məktəblini vurub öldürdü

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Qazel" markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2181
avatar

Oxşar yazılar