Azərbaycanda yeniyetmə öldürüldü
06 yanvar 2021 10:37 (UTC +04:00)

Azərbaycanda yeniyetmə öldürüldü

Şəmkirdə 17 yaşlı Tağıyev Əhliman Kənan oğlu qətlə yetirilib.

Şəmkir rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 17 yaşlı Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Hadisə yerinə və meyitə baxış keçirilərək, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Mehman Nəbiyev

Oxşar yazılar