Azərbaycanda şagird məktəbin binasından yıxıldı
29 may 2021 12:24 (UTC +04:00)

Azərbaycanda şagird məktəbin binasından yıxıldı

Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib.

Liseyin 7-ci sinif şagirdi, 13 yaşlı Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar