Azərbaycanda qəzada  həlak olan ailə   dəfn olundu
03 fevral 2023 18:48 (UTC +04:00)

Azərbaycanda qəzada həlak olan ailə dəfn olundu

Fevralın 2-də Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, ailə üzvləri - Məhərrəm Baxşəliyev, həyat yoldaşı Xalidə Kərəmova, övladları İlkin Baxşəliyev və Məftunə Baxşəliyeva bu gün torpağa tapşırılıblar.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza dünən Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş verib.

# 3048
avatar

Oxşar yazılar