Azərbaycanda polis zabiti serjantlardan rüşvət alıb? - VİDEO
10 noyabr 2021 10:37 (UTC +04:00)

Azərbaycanda polis zabiti serjantlardan rüşvət alıb? - VİDEO

“Tik-tok” sosial şəbəkəsində Sabirabadda polis zabitinin tabeliyində olan əməkdaşlardan rüşvət alması iddia olunan görüntülər yayılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov  Lent.az-a yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib. O qeyd edib ki, görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb: “Bu, 3 il əvvəl Sabirabad rayon Polis Şöbəsinin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə Daxili İşlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.

Polisin rüşvət aldığı deyilən video

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4614
avatar

Mehman Nəbiyev

Oxşar yazılar