Azərbaycanda polis mayoru FACİƏVİ   şəkildə öldü
03 mart 2022 10:02 (UTC +04:00)

Azərbaycanda polis mayoru FACİƏVİ şəkildə öldü

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub. 

Lent.az-ın məlumatına görə, hadisə martın 2-i axşam saatların Yevlax şəhəri ərazisində baş verib. “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb. 

Nəticədə minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb. 

F. Cəfərov ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, F.Cəfərov polis mayorudur. O, Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəzanın işdən evə gedən zaman baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

# 6921
avatar

Mehman Nəbiyev

Oxşar yazılar