Azərbaycanda oğul  ATA QATİLİ   oldu
30 may 2022 10:52 (UTC +04:00)

Azərbaycanda oğul ATA QATİLİ oldu

Bərdə rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər keçirib.

Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

# 3096
avatar

Oxşar yazılar

Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

7 may 2024 , 11:25
Azərbaycanda məktəbdə DAVA : Şagird xəstəxanada can verdi -YENİLƏNİB

Azərbaycanda məktəbdə DAVA: Şagird xəstəxanada can verdi -YENİLƏNİB

7 may 2024 , 11:17
Şəkidə maşın piyadanı VURUB ÖLDÜRDÜ

Şəkidə maşın piyadanı VURUB ÖLDÜRDÜ

7 may 2024 , 11:03
Qubada narkotik qəbul edib maşın sürən 8 sürücünü belə SAXLADILAR

Qubada narkotik qəbul edib maşın sürən 8 sürücünü belə SAXLADILAR

7 may 2024 , 10:42
Qusarda FACİƏ:  32 yaşlı qadın HAMAMDA ÖLDÜ

Qusarda FACİƏ: 32 yaşlı qadın HAMAMDA ÖLDÜ

7 may 2024 , 10:26
Taksi sürücüsü yolun kənarında can verdi - SƏBƏB

Taksi sürücüsü yolun kənarında can verdi - SƏBƏB

7 may 2024 , 09:46
“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

7 may 2024 , 09:20
ABŞ Ukraynaya hərbçi GÖNDƏRƏCƏK?

ABŞ Ukraynaya hərbçi GÖNDƏRƏCƏK?

7 may 2024 , 08:31